Sənət adamları Tivi məktəbliləri ilə görüşüb

574

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Biznes Mərkəzinin nəzdində fəaliyyət  göstərən Xalq Yaradıcılığı Emalatxanası əməkdaşlarının Ordubad rayonunun Tivi kənd orta məktəbində  şagirdlərlə görüşü olub.

Şagirdlər Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü, rəssam Səriyyə Hüseynovanın, dekorativ – tətbiqi  sənət ustası Gülüstan Babayevanın və xalça ustası Həcər Hümbətovanın iş prosesini  maraqla izləyiblər. Həcər xanım uşaqlarla birgə xalça toxuyub, onların bu barədə suallarını cavablandırıb.

Rəngkarlığa həvəsi olan şagirdlər rəssam Səriyyə Hüseynovanın mənzərə janrında çəkdiyi etüdü maraqla  izləyiblər.

Uşaqlar Gülüstan Babayevadan adi kağız və yumurta qabığından istifadə edərək sənət nümunələri  hazırlamağı öyrəniblər.

                                                                   Ulduz Əliyeva

NUHÇIXAN

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: