“Səmti müəyyənetmə” birinciliyinin qalibləri məlum olub

207

Naxçıvan qarnizonu üzrə hərbi qulluqçular arasında “Səmti müəyyənetmə” birinciliyi keçirilib. Əlahiddə Ümumqoşun Ordudan NUHÇIXAN-a verilən məlumata görə zabit, mayor Vahid Məmmədov birinciliyin məqsəd və şərtlərini iştirakçılara çatdıraraq uğurlar arzulayıb. 15 komandadan 60 hərbi qulluqçunun gücünü sınadığı yarış gərgin mübarizə şəraitində keçib. Birinciliyin bütün tələblərinə ən qısa zamanda əməl edərək səmti müəyyən edənlər qalib gəliblər. Yarış hərbi qulluqçuların dözümlülüyünü yoxlamaq, kompas və xəritədən istifadə bacarığını təkmilləşdirmək, güclü idmançı və komandaların müəyyən edilməsi məqsədi ilə keçirilib. Komanda hesabında 1-ci yerdə xüsusi təyinatlılar, 2-ci yerdə mototatıcılar, 3-cü yerdə isə tankçılar qərarlaşıb. Fərdi və komanda hesabında ilk üçlüyə düşməyi bacaranlar Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən mükafatlandırılıblar. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: