NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasının baş həkimi Zəbur Bağırov tədbir iştirakçılarına şəkərli diabet xəstəliyi haqqında ətraflı məlumat verib. Bildirib ki, bu xəstəliyin profilaktikası və müalicəsi vaxtında aparılmazsa çox ciddi fəsadlar törədə bilər. Məhz buna görə də dövlət tərəfindən şəkərli diabetlə mübarizə istiqamətində mühüm addımlar atılıb. Hazırda şəkərli diabet xəstələrinin bütün profilaktiki və digər zəruri müalicə vasitələri və preparatları dövlət vəsaiti hesabına təmin olunur. Bu xəstəlikdən əziyyət çəkən şəxslər mütləq ərazi xəstəxanasına müraciət etməli və şəkərli diabet xəstəsi kimi qeydiyyata düşməlidirlər. Digər mütəxəssislər də mövzu ətrafında çıxış ediblər.
Sadiq Məmmədov