Şəhriyar Məmmədyarov “Tata Steel India Rapid Chess” turnirini dördüncü yerdə başa vurub

91

Hindistanın Kəlküttə şəhərində keçirilən sürətli şahmat üzrə üçgünlük “Tata Steel India Rapid Chess” turniri Hikaru Nakamuranın qələbəsi ilə başa çatıb. Amerikalı şahmatçı doqquz turda 6 xal toplayıb.

NUHÇIXAN xəbər verir ki, turnirdə ikinci və üçüncü yerləri hərəyə 5,5 xal toplayan Pentala Harikrişna (Hindistan) və Levon Aronyan (Ermənistan) tutublar.

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov və amerikalı Uesli So isə hərəyə 5 xal toplayaraq 4-5-ci yerləri bölüşüblər. Rusiya şahmatçısı Sergey Karyakin 50 faizlik nəticə (4,5 xal) göstərərək altıncı yerdə qərarlaşıb.

Turnir cədvəlində sonrakı yerləri hindistanlı Vişvanatan Anand, Vidit Santoş (hərəyə 4 xal), Nihal Sarin (3 xal), Surya Şekar Qanquli (2.5 xal) tutublar.

Noyabrın 13-14-də turnir iştirakçıları iki dairədən ibarət blits oynayacaqlar. Bu turda 14 yaşlı Nihal Sarini 13 yaşlı Rameşbaby Praqqnandhaa əvəz edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: