Şəhriyar Məmmədyarov “Sinkfild” super turnirində amerikalı Uesli Sonu məğlub edib

199

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində keçirilən “Sinkfild” kuboku uğrunda super turnirə qələbə ilə başlayıb.

NUHÇIXAN xəbər verir ki, ağ fiqurlarla çıxış edən Şəhriyar Məmmədyarov amerikalı beynəlxalq qrossmeyster Uesli Sonu məğlub edib.

İkinci turda Azərbaycanlı şahmatçının rəqibi rusiyalı beynəlxalq qrossmeyster Aleksandr Qrişuk olacaq. A.Qrişuk ağ fiqurlarla oynayacaq.

Bir dövrəli turnirə avqustun 27-də yekun vurulacaq.

Yarışın mükafat fondu 300 min dollardır. Turnirin qalibi 75 min dollar məbləğində mükafatın sahibi olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: