Şəhriyar Məmmədyarov FIDE-nin yeni reytinq siyahısında mövqeyini qoruyub

114

Beynəlxalq Şahmat Federasiyası dekabr ayı üçün yeni reytinq cədvəlini açıqlayıb.

NUHÇIXAN xəbər verir ki, reytinq cədvəlinə əvvəlki kimi, ötən ay dünya çempionu titulunu qorumuş norveçli Maqnus Karlsen (2835) başçılıq edir. İkinci pillədə amerikalı Fabiano Karuana (2832), üçüncü yerdə isə həmyerlimiz Şəhriyar Məmmədyarov (2817) qərarlaşıblar.

Dünyada ən güclü 100 şahmatçı siyahısında Azərbaycandan 6 şahmatçının adı var. Siyahıda Teymur Rəcəbov (2757), Arkadi Naydiç (2736), Rauf Məmmədov (2703), Eltac Səfərli (2671), Qədir Hüseynov (2664) yer alıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: