Səhiyyə sahəsində çalışan mühasibatlıq işçiləri təlimlərə cəlb ediliblər

133

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi büdcə təşkilatlarının maliyyə və mühasibatlıq işində çalışanların mövcud biliklərinin artırılması və ixtisaslarının təkmilləşdirilməsi istiqamətində işlərini uğurla davam etdirir.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidmətidən NUHÇIXAN-a verilən məlumata görə, noyabrın 27-də başlanan növbəti təlimlərə səhiyyə sahəsində çalışan maliyyə və mühasibatlıq üzrə 20 mütəxəssis cəlb olunub. “Büdcə təşkilatlarında praktik mühasibatlıq” adlı kurs 5 moduldan ibarət olmaqla Naxçıvan Muxtar Respublikası Maliyyə və Vergilər nazirliklərinin, eləcə də Naxçıvan Muxtar Respublikası Prokurorluğunun ekspertlərinin təqdimatları üzrə mərkəzin tədris zalında keçirilir.
Kursun gündəliyinə uyğun olaraq ilk gün Maliyyə Nazirliyinin Büdcə şöbəsinin baş məsləhətçisi Ramil Hüseynov çıxış edərək “Büdcə təşkilatlarında smeta xərclərinin planlaşdırılması” mövzusunda təlim iştirakçılarına ətraflı məlumat verib. Təlimdə praktik məsələ və testlərin həllinə geniş yer ayrılıb, eyni zamanda bir sıra mərhələlərlə – suallara cavab, testlərin işlənməsi və sorğu-anketlərin doldurulması ilə zənginləşdirilib.

4 gün, 12 tədris saatı müddətində təşkil olunacaq təkmilləşdirici kursda növbəti günlərdə mühasibatlıq və maliyyə hesabatlarının hazırlanması, vergi uçotunun təşkili, maliyyə və mühasibatlıq işinin aparılması ilə bağlı hüquqi məsuliyyət və xəzinə əməliyyatlarının təşkili və uçotu mövzuları üzrə məlumatların əhatəli şəkildə iştirakçılara çatdırılması nəzərdə tutulub. Həmçinin tədris prosesində iştirakçılara gündəlik işlərində faydalı ola biləcək təlim materialları – slaydlar, müvafiq sahə üzrə normativ-hüquqi aktlar, sənəd formaları, təlimatlar, qaydalar və misalları özündə ehtiva edən ­vəsaitlər təqdim olunacaq.
Qeyd edək ki, kursun sonunda peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi mərhələsindən sonra dinləyicilərə Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: