Səhər yeməyini yeməyənlər bu 2 xəstəliyə tutula bilərlər

275

Almaniya alimləri sübut ediblər ki, səhər yeməyini yeməyənlərdə 2-ci tip şəkərli diabet və ürək xəstəliklərinin riski xeyli artır.

NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, həftə ərzində 4-5 dəfə səhər yeməyindən imtina edən insanlarda bu riski hətta 55% qədər yüksəlmiş olur.

Səhər yeməyi maddələr mübadiləsini sürətləndirir, şəkərin orqanizm tərəfindən istifadəsini artırır ki, nəticədə bu şəkər piyə deyil, enerjiyə çevrilir.

Bundan əlavə səhər yeməyindən imtina edən insanlarda xolesterinin səviyyəsi də artmış olur. Yüksək xolesterin ürək və damar xəstəliklərinin əsas səbəblərindən biridir. Damarlarda yığılaraq xolesterin damarları daraldır, zəif və kövrək edir, onların partlaması riskini artırır.

Beləliklə, səhər yeməyi bizə tək lazım olan enerji vermir, həm də xəstəliklərdən qoruyur. Diyetoloqlar səhər yeməyində sıyıqlar, süd məhsulları, yumurta, meyvə-tərəvəz yeməyi tövsiyə edirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: