Səhər oyanan kimi su içmək olarmı?

556

Səhər oyanan kimi su içmək çox yaxşı vərdişdir. Bu ürək-damar və həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, insanı daha gümrah edir. Lakin mütəxəssislər bunu dişləri yuduqdan sonra etməyi tövsiyə edir.

NUHÇIXAN xəbər verir ki, məşhur rusiyalı stomatoloq Sergey Melexovun sözlərinə görə, yuxu zamanı antiseptik xüsusiyyətləri olan ağız suyunun ifrazı azalır. Nəticədə ağız boşluğunda bakteriyaların sayı kəskin artır. Əgər insan oyanan kimi su içərsə, bütün bu mikroblar mədəyə düşəcək. Bu səbəbdən professor əvvəl dişləri yaxşı fırçalamağı, daha sonra su içməyi tövsiyə edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: