Səfir: Konvensiya Xəzəryanı ölkələr arasında mehriban qonşuluq əlaqələrini daha da möhkəmləndirəcək

156

Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanması mühüm tarixi hadisədir. Xəzəryanı ölkələr bu razılaşma üzərində 20 ildən çox işləyiblər.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov avqustun 20-də keçirilən mətbuat konfransında deyib.

Səfir qeyd edib ki, bu Konvensiya milli maraqlara cavab verən və qarşılıqlı fayda verəcək razılaşmadır. Xəzər dənizində artıq beynəlxalq hüquqi rejim müəyyən edilib. Bu sənəd Xəzəryanı ölkələr arasında mehriban qonşuluq əlaqələrini daha da möhkəmləndirəcək.

M.Boçarnikov diqqətə çatdırıb ki, Xəzəryanı dövlətlərin başçıları tərəfindən işçi qrupu yaradılıb. İşçi qrupunun ilk yüksək səviyyəli toplantısı bu ilin sonuna qədər Azərbaycanda keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: