Sədərəkdə müşavirə keçirilib

419

NUHÇIXAN xəbər verir ki, Sədərək Rayon İcra Hakimiyyətində “Qəsəbə və kəndlərdə torpaqların təyinatı üzrə istifadəsi, mühafizəsi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr”lə bağlı müşavirə keçirilib.

Müşavirədə rayon icra hakimiyyətinin başçısı Həbib İbrahimov qeyd edib ki, rayonda  kənd təsərrüfatının əsas istehsal vasitəsi olan toprağın istifadəsinə və mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılmalıdır.

Sonra rayon prokuroru, kiçik ədliyyə müşaviri Valid Mustafayev və rayon polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Hikmət Baxşıyev çıxış ediblər.

Diqqətə çatdırılıb ki, fiziki və hüquqi şəxslərlə yanaşı, bələdiyyələr də mülkiyyətində olan torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsini təşkil etməli, dövriyyədən əsassız çıxarılmasına yol verməməlidirlər. Həmçinin qeyd olunub ki, onların mühafizəsi sahəsində qanunla müəyyən edilmiş qaydada tədbirlər görməli, əhalini məlumatlandırmalı, torpağın münbit qatının qorunması və artırılması istiqamətində maarifləndirici tədbirlər həyata keçirilməlidir.

Turab Hacızadə

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: