Sədərəkdə monitorinq keçirilib

286

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti Sədərək Rayon Baytarlıq İdarəsi ilə birgə sərhədyanı ərazilərdə monitorinq aparıb.

Monitorinq rayonun sərhədyanı və sututar ərazilərində həyata keçirilib.  Məqsəd ərazilərin müəyyən xəstəliklərə qarşı dizinfeksiya və dizinseksiya olunması, çöl quşlarında olan xəstəliklərin ev quşlarına keçməsinin qarşısını almaqdan ibarətdir. Ərazilər xüsusi maşınlar vasitəsilə dərmanlanıb.

Dövlət Baytarlıq Xidmətinin əməkdaşları eyni zamanda mal-qaranın mövsümlə əlaqədar düzgün qidalanması, xəstəliklərdən qorunması, zoobaytar qaydalar əsasında yemlənməsi və digər tədbirlər barədə sahibkarlara ətraflı məlumat veriblər.

Hidayət Seyidov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: