Sədərək rayonunun sosial-iqtisadi inkişafı sürətlənir

123

NUHÇIXAN xəbər verir ki, Sədərək  rayonunda iqtisadi və sosial sahələrin inkişafı üzrə həyata keçirilən tədbirlər cari ilin ötən dövründə də davam etdirilib, dinamik inkişaf qorunub saxlanılıb. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə rayonda 2018-ci ilin yanvar-oktyabr aylarında sənaye məhsulunun dəyəri 0,6 faiz, əsas kapitala yönəldilən vəsaitlər 1,1 faiz, kənd təsərrüfatının məhsulu 3.1 faiz, informasiya və rabitə xidmətlərinin dəyəri 1,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 0,9 faiz artıb. Bu müddətdə Sədərək rayonunda 4 milyon  100 min 300 manat dəyərində sənaye məhsulu istehsal olunub. Bu da ötən  ilin müvafiq dövründəki göstəricini 0.6 faiz üstələyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: