Son vaxtlar muxtar respublikamızda taxıl, xüsusilə buğda əkinlərini genişləndirmək, məhsuldarlığı artırmaq, öz məhsulumuz hesabına tələbatımızı ödəmək vəzifəsi qarşıya qoyulub.
NUHÇIXAN xəbər verir ki, indi bu vəzifə sərhəd bölgəsi olan Sədərək rayonunda da uğurla həyata keçirilir. Artıq rayonda bu ilin taxıl biçini sona çatıb. 2466 hektar sahədə məhsul toplanıb. Zəmilərdən ümumilikdə 7959 ton məhsul yığılıb. Orta hesabla hər hektarda məhsuldarlıq 32.3 sentner olub.