Sədərək heyvası

184

Azərbaycan təbiətinin dadlı nemətlərindən biri də heyvadır. Respublikamızın əksər rayonlarında yetişən heyvanın həm meyvələrindən, toxumundan, həm də yarpaqlarından şəfaverici vasitə kimi istifadə edilir. Hələ qədim zamanlardan bu meyvənin toxumlarından baş verən tənəffüs yollarının iltihabında, bronxitlərdə sinəyumşaldıcı, iltihabı götürücü maddə kimi istifadə edilir, eləcə də xroniki mədə-bağırsaq xəstəliklərini, mədə xorasını, mədənin selikli qişasını yumşaltmaq, yaranı sağaltmaq üçün qəbul edilir.

Yetişmiş heyvanın toxumundan, yarpaqlarından xalq təbabətində çox qədimdən istifadə edilməsi bu meyvəni təbiətin möcüzəli nemətinə çevirib. Səhiyyənin o qədər də inkişaf etmədiyi dövrlərdə nənələrimiz heyvanın yarpaqlarından, cavan budaqlarından çay dəmləyərək ürək ağrısında sakitləşdirici və qan təzyiqini azaldıcı vasitə kimi istifadə edərdilər. Hətta heyvanın mürəbbəsi ürək zəifliyində qüvvətverici vasitə kimi məsləhət görülür.

Sədərək rayonunda heyva ağacının gövdə qol-budaqlarının qabıqlarını qurudur, çay kimi dəmləyərək quru öskürəyi kəsməyə qarşı istifadə edilir.

İndi heyva mövsümüdür. Kənd sakinləri öz bağlarından dərdikləri heyvanı bazara çıxarırlar. Hazırda bu sarı “gözəlin” ətri bağ-bağçanı, bazar piştaxtalarını bürüyür. Bu mövsüm ərzində bağlardan 1,5 ton heyva toplanıb. Yığım davam edir.

Sədərkdə heyva meyvəsini  min bir dərdin dərmanı hesab edirlər.  Ondan  qışa hazırlıq üçün mürəbbə bişirmək, cem və kompot hazırlamaq məqsədəuyğun sayılır.  Heyva meyvəsinin  növündən asılı olaraq uşaqlar bəzən onu çiy yeməyi xoşlamırlar. Bu görə də onu bişirilər və  bişmiş heyva daha ləzzətlidir. Xüsusilə də onu quru şəkildə yəni kabab kimi bişirib yemək insana çox xeyirlidir. Çalışmaq lazımdır ki, mürəbbə bişirərkən, yaxud da kompot hazırlayarkən heyvanın qabığı soyulmasın. Çünki onun qabığında insan orqanizmi üçün lazım olan bir çox vitaminlər var. Eləcə də toxumu atılmasın, qurudularaq saxlanılsın. Soyuqdəymə zamanı  heyva toxumundan dəmlənmiş çay içmək məsləhətdir.

Nadir Məmmədov

“Oğuz yurdu” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: