Şəhid Qabil Orucəliyevə tamaşa həsr olunub

194

NUHÇIXAN xəbər verir ki, Gənclik Mərkəzində milli mənəvi dəyərlərin təbliği məqsədilə istedadlı, yaradıcı gənclər tərəfindən vətənpərvərlik mövzusunda hazırlanan, şəhid leytenant Qabil Orucəliyevdən bəhs edən tamaşa nümayiş olunub.

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin tələbələri tərəfindən hazırlanan tamaşanı Heydər Əliyev adına hərbi liseyin  kursantları izləyib.

İzləyicilərə fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi aşılayan tamaşada erməni qəsbkarlarına qarşı savaşda şəhid olan Azərbaycanın qəhrəman oğul və qızlarının örnək həyatı ön planda olub.      

Tamaşa Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun və Yeni Azərbaycan Partiyası Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunub.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: