“RUSSİYA-2018”: Portuqaliya-İspaniya qarşılaşması heç-heçə başa çatıb

254

İyunun 15-də futbol üzrə XXI dünya çempionatının “B” qrupunda ilk tura yekun vurulub.

NUHÇIXAN xəbər verir ki, Soçidə “Fişt Olimpiya” stadionunda çempionatın favoritlərindən sayılan İspaniya və Portuqaliya milliləri qarşılaşıblar.

İtaliyalı referi Canluka Rokkinin idarə etdiyi qarşılaşmada Portuqaliya millisi erkən qolla hesabı açıb. Qarşılaşmanın 4-cü dəqiqəsində Kriştiano Ronaldo 11 metrlik cərimə zərbəsindən fərqlənərək hesabı açıb. Qoldan iyirmi dəqiqə sonra Dieqo Kosta iki müdafiəçinin arasından dəqiq zərbə ilə hesaba tarazlıq gətirib -1:1. Birinci hissənin bitməsinə bir dəqiqə qalmış K.Ronaldo dublun rəsimləşdirib – 2:1.

İlk hissə Portuqaliya yığmasının 2:1 hesablı üstünlüyü ilə başa çatıb.

Qarşılaşmanın ikinci hissəsində üstün oyun nümayiş etdirən İspaniya yığması matçın 55-ci dəqiqəsində hesaba tarazlıq gətirib. Ev tapşırığını Dieqo Kosta dəqiq zərbə ilə yekunlaşdırıb – 2:2. Oyunun 58-ci dəqiqəsində Portuqaliya millisinin müdafiəçilərinin cərimə meydançasında qaytardığı topu Naco Fernandes baxımlı qola tamamlayıb – 2:3. Matçın sonuna iki dəqiqə qalmış Ronaldo cərimə zərbəsindən birbaşa qapıya endirdiyi dəqiq zərbə ilə Portuqaliya millisinin bərabərliyini rəsimləşdirib – 3:3.

Xatırladaq ki, “B” qrupunun digər oyununda İran yığması Mərakeş milli komandasına 1:0 hesabı ilə qalib gəlib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: