Rusiyanın polis robotları bu ölkələrdə xidmət göstərə bilər

174

Rusiyanın “Promobot” robot istehsalçısı şirkəti 2019-2020-ci illərdə Özbəkistana polis robotlar tədarük edə bilər.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə şirkətin inkşaf üzrə direktoru Oleq Kivokurtsev bildirib.

Direktor qeyd edib ki, bu ilin iyulunda bir polis robot artıq Qazaxıstanda xidmətə başlayıb. Bundan başqa, şirkət bu layihəni digər ölkələrə də təqdim etmək niyyətindədir.

Qeyd olunur ki, bu cür polis robot videoçəkiliş həyata keçirir, polisin məlumat bazasında yer alan üzləri tanıyır. Həmçinin robot “terrorçuluq”, “bomba” kimi sözlərə reaksiya verərək yaxınlıqdakı şöbəyə siqnal ötürə bilir.

O.Kivokurtsev bildirib ki, bu layihə Çin üçün də maraq kəsb edə bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: