Rusiyanın nüfuzlu jurnalında həmyerlimizin elmi məqaləsi dərc olunub

188

Rusiyanın nüfuzlu aylıq elmi ”Aktualnıe problemı qumanitarnıx i estestvennıxnauk” (“Humanitar və dəqiq elmlərin aktual problemləri”)  jurnalında həmyerlimiz, Naxçıvan Dövlət Universitetinin doktorantı Sərxan Əkbərovun məqaləsi dərc olunub. “Görkəmli özbək şairi Qütb Xarəzminin “Xosrov və Şirin” əsərində hal kateqoriyaları” sərlövhəli məqalədə əsərin morfoloji quruluşu haqqında ətraflı məlumat verilir. Jurnalın təqdimatında bu məqalə Qütb yaradıcılığının araşdırılmasında mühüm elmi qaynaqlardan biri kimi dəyərləndirilib. Qeyd olunub ki, Qızıl Ordanın görkəmli şairi Qütb Azərbaycanın görkəmli şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərini ilk dəfə türk dilinə tərcümə edib. Onun bu əsərə yazdığı nəzirə də türk dilində yazılmış ilk yazılı ədəbiyyat nümunələrindən biridir. XIV əsrdə yaşamış Qütb bu əsəri ilə türk dili tarixinin mühüm bir mərhələsini təşkil edən Qızıl Orda dövrünün yazı dili, xüsusən Qıpçaq şivəsinin təşəkkülünə  mühüm töhfə verib.

Həmyerlimizin məqaləsində  Qütbün “Xosrov və Şirin” əsərinin dil xüsusiyyətlərinin Azərbaycan dili ilə müqayisəsi verilmiş və həmçinin bu əsərin hal kateqoriyaları araşdırılmışdır. Tədqiqat zamanı əldə olunan nəticələr gələcəkdə türk dilinin morfoloji quruluşunun və hal kateqoriyalarının tədqiqi ilə məşğul olanlar üçün dəyərli mənbələrdən hesab oluna bilər. Tədqiqatın digər bir praktik əhəmiyyəti isə tədqiq və təhlillər zamanı müqayisələrin aparılması üçün sanballı elmi ədəbiyyatdan istifadə edilməsidir.

Hüseyn Əsgərov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: