Rusiyanın neft-qaz istehsalı azalıb

97

Fevral ayında Rusiyada neft və qaz hasilatı azalıb.

Bu barədə Rusiyanın Energetika Nazirliyi məlumat yayıb. Bildirilir ki, fevralda Rusiyanın gündəlik neft hasilatı əvvəlki aya nisbətən azalaraq 10,95 milyon barrel olub, təbii qaz istehsalı da azalaraq gündəlik 2,12 milyard kubmetr təşkil edib.

Fevral ayında Rusiyanın neft hasilatı yanvardakı 46,3 milyondan 41 milyon 836 min tona geriləyib.

Ötən ay ölkədə təbii qaz istehsalı isə ümumilikdə 59,23 milyard kubmetrə bərabər olub. Rusiya yanvar ayında 65,35 milyard kubmetr qaz istehsal etmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: