Rusiyalı turistlər üçün ən ekzotik istiqamətlərdə Naxçıvan da var

231

NUHÇIXAN www.bfm.ru saytına istinadən xəbər verir ki, Rusiyanın tutu.ru saytı ölkəsinin vətəndaşları üçün ən ekzotik aviareyslər haqqında məlumat verib. Sidney, Buones-Ayres, Klimancoro, Lima ilə yanaşı Azərbaycandan Naxçıvan da bu siyahıya düşüb.

Turizm xidmətlərinin ekspertləri may ayının 1-dən 28-nə qədər bütün istiqamətlərə  aviabiletlərin qeydiyyatını araşdırarkən bu qərara gəliblər. Moskvadan Kanadanın Kampuls, Tanzaniyanın Kilimancoro, Perunun Lima, Braziliyanın Beli-Orizonti, ABŞ-ın Boston, Argentinanın Buenos-Ayres şəhərləri   nadir hallarda uçuş həyata keçirilən yerlər kimi dəyərləndirlib.

Rusiyadan  yaxın olan ölkələrə  ekzotik reytinqli uçuşların siyahısına isə Moskva- Dnepr (Ukrayna) və Peterburq- Naxçıvan(Azərbaycan) daxil edilib. Bu istiqamətlərə ikitərəfli uçuş biletlərinə rusiyalı sərnişinlər 23,5 və 27,7 min rubl ödəyiblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: