Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb

132

Rusiyadan Ermənistan gedən 600-ə yaxın avtomobil Rusiya-Gürcüstan sərhədində qalıb.

NUHÇIXAN Gürcüstan mətbuatına istinadla xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Gürcüstanla Rusiya arasında olan yeganə Stepandsminda–Lars magistralında güclü qar yağması, yolların buz bağlaması və dağlarda qar uçqunu səbəbindən bütün növ avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Bu səbəbdən də Rusiyadan Ermənistana gedən 400-dən çox minik və 150-dən çox yük və yedəkli yük maşını sərhəddə qalıb.

Yolun nə zaman açılacağı isə hələlik məlum deyil.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: