Rusiya Mərkəzi Bankı futbol üzrə dünya çempionatına həsr olunmuş plastik xatirə əskinasını təqdim edib.
NUHÇIXAN-ın məlumatına görə, əskinas 100 rubl dəyərindədir.
Bu əskinaslar 20 milyon tirajla buraxılacaq və iyunun sonunadək Rusiyanın bütün regionlarına göndəriləcək.
Plastik əskinasları kredit təşkilatları müştərilərə təqdim edəcək.
Qeyd edək ki, 2018-ci il dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək.