“Rusiya 2018”: Mundialın IX gününün ilk oyununa Braziliya və Kosta-Rika yığmaları çıxıblar

207

İyunun 22-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının IX gününün ilk görüşündə “E” qrupunda yer alan Braziliya və Kosta-Rika milliləri qarşılaşırlar.

NUHÇIXAN xəbər verir ki, Sankt-Peterburq stadionunda keçirilən oyunda braziliyalıların start heyətində meydançaya Alison Beyker, Tiaqo Silva, Joau Miranda, Faqner, Marselo, Kazemiro, Paulinyo, Filip Koutinyo, Vilyam, Neymar, Qabriyel Xesus çıxıblar.

Kosta-Rika millisində start heyətində isə Keylor Navas, Dcankarlo Qonsales, Coni Akosta, Oskar Duarte, Kristian Qamboa, Brayen Ovyedo, David Qusman, Selso Borxes, Brayan Ruis, Xoan Veneqas, Markos Urenya yer alıblar.

Görüşü hollandiyalı referi Kupers Bcon idarə edəcək.

Qeyd edək ki, Braziliya ilk turda İsveçrə yığması ilə heç-heçə (1:1) edib. Kosta-Rika isə Serbiya yığmasına minimal hesabla məğlub olub (1:0). Braziliya millisi dünya çempionatının səkkizdəbir final mərhələsinə çıxmaq üçün bu görüşdə mütləq qələbə qazanmalıdır.

Bu oyun komandalar arasında üçüncü matç olacaq. Braziliya yığması Kosta-Rikanı 1990-cı ildə 1:0, 2002-ci ildə isə 5:2 hesabı ilə məğlubiyyətə uğradıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: