“Rusiya 2018”: İsveç millisi İsveçrəni məğlub edərək dörddəbir finala yüksəlib

158

İyulun 3-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsinin sonuncu gününün ilk oyununda İsveç və İsveçrə milliləri qarşılaşıblar.

NUHÇIXAN xəbər verir ki, Sankt-Peterburqda oynanılan görüşdə İsveç millisi minimal hesabla qalib gələrək dörddəbir finala vəsiqəni təmin edib.

Sürətli hücumlarla başlayan oyunun birinci hissəsi komandaların cəhdlərinə baxmayaraq, qolsuz heç-heçə ilə başa çatıb. Matçın ikinci hissəsində Skandinaviya təmsilçiləri istəklərinə çatıblar. Oyunun 66-cı dəqiqəsində isveçlilərin hücumu zamanı Emil Fosberqin qüvvətli zərbəsindən sonra top müdafiəçiyə toxunaraq istiqamətini dəyişdiyindən qapıçı üçün əlçatmaz olub – 1:0. Bu, oyunda yeganə qol olub və matç İsveç yığmasının qələbəsi ilə başa çatıb.

Beləliklə, səkkizdəbir final mərhələsinin yeddinci görüşündə İsveçrə millisini mübarizədən kənarlaşdıran İsveç yığması dörddəbir finala vəsiqəni təmin edib. Dörddəbir finalda İsveç millisinin rəqibi İngiltərə-Kolumbiya görüşünün qalibi olacaq. Səkkizdəbir final mərhələsinin sonuncu görüşü – İngiltərə-Kolumbiya matçı Bakı vaxtı ilə saat 22:00-da Moskvadakı “Spartak” stadionunda start götürəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: