“Rusiya 2018”: “H” qrupunun son turu üçün komandalar qarşılaşırlar

169

İyunun 28-da futbol üzrə XXI dünya çempionatının “H” qrupunda sonuncu turun oyunları start götürüb. Bu qrupda Yaponiya və Seneqal millilərin aktivlərində dörd, Kolumbiya yığmasının isə bir qələbədən sonra üç xalı var. Polşalılar iki məğlubiyyətdən sonra səkkizdəbir final mərhələsinə çıxma şansın itiriblər. Pley-offa vəsiqənin taleyi isə bu gün keçirilən Yaponiya-Polşa və Seneqal–Kolumbiya oyunlarının nəticələrindən asılı olacaq.

NUHÇIXAN xəbər verir ki, Yaponiya-Polşa oyunu “Volqoqrad Arena” stadionunda keçirilir. Görüşü zambiyalı Cani Sikazu idarə edir.

Qeyd edək ki, Yaponiya-Polşa matçı İdman Azərbaycan və Azərbaycan Televiziyasında, Seneqal-Kolumbiya qarşılaşması isə İctimai kanalda canlı yayımlanır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: