“Rusiya 2018”: Dörddəbir finala sonuncu vəsiqə uğrunda İngiltərə və Kolumbiya milliləri qarşılaşırlar

215

İyulun 3-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsinin sonuncu oyununda İngiltərə və Kolumbiya milliləri qarşılaşırlar.

NUHÇIXAN xəbər verir ki, Moskvadakı “Spartak” stadionunda keçirilən görüşdə İngiltərə yığmasının heyətində meydana Cordan Pikford, Kayl Uolker, Con Stouns, Harri Maquir, Eşli Yanq, Cess Linqard, Cordan Henderson, Dele Alli, Kieran Tripper, Rahim Sterlinq və Harri Keyn çıxıblar.

Kolumbiya yığmasının ilk onbirliyində isə David Ospina, Santiaqo Arias, Yeri Mina, Davinson Sançez, Xohan Moxika, Vilmar Barrios, Karlos Sançez, Cefferson Lerma, Xuan Kuadrado, Xuan Kuintero və Radamel Falkao yer alıblar.

ABŞ-dan olan referi Mark Qeyqerin idarə etdiyi oyunun qalibi dörddəbir finalda İsveç yığması ilə qarşılaşacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: