“Rusiya 2018”: Dörddəbir finala növbəti vəsiqəni İsveç, yoxsa İsveçrə qazanacaq?

158

İyulun 3-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsinin sonuncu gününün ilk oyununda İsveç və İsveçrə milliləri qarşılaşırlar.

NUHÇIXAN xəbər verir ki, Sankt-Peterburqda oynanılan görüşdə İsveç millisinin heyətində meydana Robin Ulsen, Mikayel Lustinq, Viktor Lindelef, Andreas Qrakvist, Lustinq Auqustinsson, Albin Ekdal, Markus Berk, Emil Forsberq, Qustav Svensson, Viktor Klasson və Yula Toyvonen çıxıblar.

İsveçrə millisinin start heyətində isə Yan Zommer, Manuyel Anaknji, Mikayel Lanq, Qranit Jaka, Valon Bexrami, Blerim Djemaili, Rikardo rodriqez, Stiven Cuber, Yosif Drmiç, Yoxan Dcuru, Djerdan Şakiri yer alıblar.

Görüşü sloveniyalı Damir Skomina idarə edir.

İsveç “F” qrupunda Meksika, Almaniya və Cənubi Koreya yığmaları ilə mübarizə aparıb. Komanda qrupun ilk matçında Cənubi Koreyanı 1:0 hesabı ilə məğlub etsə də, ikinci turda Almaniyaya 1:2 hesabı ilə uduzub. Skandinaviya təmsilçisi sonuncu turda Meksikanı 3:0 hesabı ilə məğlub edərək qrup birincisi kimi səkkizdəbir finala vəsiqə qazanıb.

“E” qrupunda yer alan İsveçrə isə ilk turda Braziliya ilə 1:1 hesablı heç-heçə edib. Komanda ikinci turda Serbiyanı 2:1 hesabı ilə məğlub etsə də, sonuncu görüşdə Kosta-Rikanın müqavimətini qıra bilməyib – 2:2.

Qeyd edək ki, mundialın dörddəbir final mərhələsinin görüşləri iyulun 6-7-də, yarımfinal matçları isə iyulun 10-11-də oynanılacaq. Üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: