“Rusiya 2018”: Braziliya və İsveçrə səkkizdəbir final mərhələsinə vəsiqə qazanıb

203

İyunun 27-də Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatının on dördüncü günündə “E” qrupunda mübarizəyə yekun vurulub.

NUHÇIXAN xəbər verir ki, on dördüncü günün sonuncu oyununa meydana “E” qrupunda yer alan Serbiya və Braziliya komandaları çıxıblar. Görüşdə baraziliyalılar 2:0 hesabı ilə qalib gəlib. Oyunda Braziliya yığmasında 36-ci dəqiqədə Filip Koutinyo, 68-ci dəqiqəsində isə Tiaqo Silva fərqlənib.

Bu qrupdakı digər oyun səkkizdəbir finala çıxmaq şansını itirən Kosta-Rika və İsveçrə komandaları arasında keçirilib. Görüş 2:2 hesabı ilə başa çatıb. Bu nəticəyə baxmayaraq, İsveçrə millisi qrup ikincisi kimi növbəti mərhələyə vəsiqə qazanıb.

Xatırladaq ki, indiyədək səkkizdəbir final mərhələsinin 12 iştirakçısı müəyyənləşib. Bu mərhələdə Uruqvay ilə Portuqaliya, Fransa ilə Argentina, İspaniya ilə Rusiya, Xorvatiya ilə Danimarka, İsveç ilə İsveçrə, Meksika ilə Braziliya milliləri qarşılaşacaqlar.

Futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsinin görüşləri iyunun 30-dan iyulun 3-dək keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: