Robert Köçəryan İrəvan sakinlərinin şəxsi əmlaklarını əllərindən alıb

193

Bütün sahələrdə dərin böhranın hökm sürdüyü Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. Respublika partiyası Robert Köçəryanın zaminə buraxılmasına çalışır. Bir qrup vətəndaş isə hazırda həbsdə olan sabiq prezident tərəfindən pozulan hüquqlarının bərpasını tələb edir.

NUHÇIXAN-ın məlumatına görə, Ermənistanın Respublika partiyası Robert Köçəryanın həbsinə siyasi don geyindirməyə çalışır. Sabiq prezidentin ofisinin rəhbəri Viktor Soqomanyan deputatlara parlamentdə məsələnin gündəmə gətirilməsi tapşırığını verib. Artıq Şuranın 41 üzvü Köçəryanın şəxsi zəmanət altında azadlığa buraxılması kampaniyasına başlayıb. Hüquq müdafiəçisi Vrades Qaspari deputatların əleyhinə çıxır. Köçəryanın ofisi qarşısında aksiya keçirən Qaspari sabiq prezidentin cinayətkar adlandırıb və onun cəzalandırılmasını tələb edib. Hüquq müdafiəçisinin sözlərinə görə Köçəryan canidir və belə bi şəxs azadlıqda ola bilməz. Sitat: “İndi bizim fürsətimiz yaranıb ki,  Ermənistanda son 20 ildə baş verənlər ciddi şəkildə araşdırılsın. Hakimiyyəti zor gücünə ələ keçirən Respublika Partiyası isə hələ də buna mane olmağa çalışır. Yeni hökumət buna yol verməməlidir. Çünki, ölkənin bütün bəlalarında Köçəryan-Sarkisyan qruplaşmasının rolu var. Məhz onlar Ermənistanı yoxsul vəziyyətə salıblar. Mən ölkəni taımıram. Hər yer dağılır, hər addımda səfil insanlara rast gəlirəm”. Sitatın sonu. Qaspari mühafizə xidməti tərəfindən ərazidən uzaqlaşdırmağa çalışsa da o, Köçəryan əleyhinə aksiyasını davam etdirib.  Hərbi xunta rejiminə qarşı yaradılan “Dövlət qurbanları” ictimai təşkilatı da  sabiq prezidentin zaminə buraxılmasının əleyhinədir. Təşkilatın üzvü olan zərərçəkən vətəndaşlar Robert Köçəryandan mənimsənilən mülklərinin geri qaytarılmasını tələb edirlər. İrəvan sakini Sedrak Baqdasaryan baş nazirə və təhlükəsizlik xidmətinin rəhbərliyinə məktub ünvanladıqlarını açıqlayıb. Onun sözlərinə görə Robert Köçəryan 2000-ci ildə ölkə konstitusiyasına  qarşı çıxaraq onların mülkiyyət hüququnu pozub. 100-lərlə vətəndaş bu şəxsin acgözlüyü səbəbindən hazırda evsizdir. İrəvanın mərkəzindəki bütün qədim mülklər Robert Köçəryan tərəfindən sahiblərinin əllərindən alınıb. Buzanda küçəsinin keçmiş sakinləri özlərinə hələ də kirayələrdə yaşayırlar. Baqdasaryan bir vaxtlar yaşadıqları ərazilərdə indi Köçəryana məxsus obyektlərin tikildiyini bildirib. Məsələ ilə bağlı bir neçə dəfə Avropa məhkəməsinə müraciət etsələr də bunun belə xeyri olmayıb. Robert Köçəryan Buzanda küçəsinin keçmiş sakinlərinə 700 min avro zərər vurub. İrəvan sakini Narine Vasilyan deyi ki, sabiq prezidentin adamları onun 500 kvadrat metrə yaxın yaşayış sahəsi olan mülkünü əlindən alaraq cəmi 60 min dollar ödəyiblər. İllərdir məhkəmə qapılarında qalan zərərçəkən pulun qalanının da ödənilməsini və ya evinin geri qaytarılmasını istəyir. Təhülkəsizlik xidməti Köçəryana qarşı açılan cinayət işinə artıq bu faktları da əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: