RF XİN: Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması istiqamətində fəal iş aparır

107

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün dekabrın 13-dən 14-dək Azərbaycan paytaxtında səfərdə olacaq. Bu barədə Rusiya XİN-in İnformasiya və Nəşriyyat Departamentinin saytında yerləşdirilmiş məlumatda bildirilib.

NUHÇIXAN xəbər verir ki, məlumatda rusiyalı nazirin ikitərəfli qarşılıqlı fəaliyyətin mühüm aspektlərinin, gündəlikdə duran regional və beynəlxalq məsələlərin müzakirə olunacağı bir sıra görüşlər keçirəcəyi qeyd olunur.

Rusiya XİN-in məlumatında daha sonra deyilir: “Rusiya və Azərbaycan arasında bərabərhüquqlu, mehriban qonşuluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Ticarət-iqtisadi və regionlararası əməkdaşlıq sürətlə inkişaf edir. Bizə miras qalmış ortaq dil, təhsil və mədəniyyət məkanının inkişafına əsaslanan humanitar sahə Rusiya-Azərbaycan qarşılıqlı münasibətlərinin mühüm tərkib hissəsi olaraq qalır”.

Xarici siyasət idarəsi vurğulayıb ki, Rusiya ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması istiqamətində fəal iş aparır.

Məlumatın sonunda qeyd olunur: “Qarşıdakı görüşlər ölkələrimizin maraqları naminə Rusiya-Azərbaycan konstruktiv siyasi dialoqunun inkişafına yönəlmiş xəttin davamıdır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: