“Real Madrid” səfərdə “Bavariya”nı məğlub edib

97

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ikinci oyunu keçirilib.

NUHÇIXAN  xəbər verir ki, Almaniyada “Bavariya” klubu İspaniyanın “Real Madrid” klubunu qəbul edib. Münhendəki “Alyans Arena”da təşkil olunmuş qarşılaşmada qonaqlar 2:1 hesabı ilə qalib gəliblər. Oyunun ilk yarım saatında “Bavariya” klubunun heyətində iki aparıcı oyunçu zədələnərək meydanı tərk edib (Robben, Boateng).

Hesabı meydan sahibləri 28-ci dəqiqədə Josua Kimmikın sahəsində açıb – 1:0. Birinci hissənin bitməsinə bir dəqiqə qalmış qonaqlar hesabı bərabərləşdirib. Marselo baxımlı qola imza atıb – 1:1.

Fasilədən sonra “Münxen”lilərin müdafiədə buraxdığı kobud səhv Marko Asensionun qolu ilə nəticələnib. Beləliklə, oyun 2:1 hesabı ilə “Real Madrid”in qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, yarımfinal mərhələsinin ilk oyununda “Liverpul” klubu “Roma”nı 5:2 hesabı ilə məğlub edib. Cavab oyunları mayın 1-də və 2-də baş tutacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: