“Real Madrid” 13-cü dəfə UEFA Çempionlar Liqasının qalibi oldu - YENİLƏNİB

269

“Liverpul”a 3:1 hesabı ilə qalib gələn “Real Madrid” tarixində 13-cü dəfə UEFA Çempionlar Liqasının qalibi olub. “Real” ardıcıl üç dəfə bu kuboka sahib olan ilk komanda kimi tarixə düşüb.

***

23:40

UEFA Çempionlar Liqasının “Real” və “Liverpul” komandaları arasında keçirilən final qaşrılaşmasında ilk hissə qolsuz heç-heçə ilə başa çatıb.

Qarşılaşmanın 30-cü və 37-ci dəqiqələrində hər iki komandanın aparıcı oyunçuları zədələnərək meydanı göz yaşları ilə tərk edib: “Liverpul” klubunun heyətində Məhəmməd Salah, “Real”ın heyətində isə Karvaxal oyunu davam etdirə bilməyiblər.

***

22:52

Bir qədər əvvəl Kiyevdə UEFA Çempionlar Liqasının final qarşılaşması başlayıb.

NUHÇIXAN xəbər verir ki, “Real Madrid”in start heyətində meydana Navas, Karvaxal, Serxio Ramos, Rafael Varan, Kriştiano Ronaldo, Toni Kroos, Kərim Benzema, Luka Modriç, Marselo, Kasemiro, İsko çıxıblar.

“Liverpul” komandasının ilk “11-liyi”ndə isə Karius, Van Diyk, Viynaldum, Lovren, Milner, Firmino, Məhəmməd Salah, Henderson, Mane, Robertson, Alexander-Arnold yer alıblar.

Xatırladaq ki, “Real Madrid” UEFA Çempionlar Liqasında indiyədək 12 dəfə, “Liverpul” isə 5 dəfə qalib gəlib. Bu görüş komandaların avrokubokların finalında ikinci qarşılaşmasıdır. “Liverpul” Avropa çempionlar kubokunun 1980-1981-ci il mövsümünün Parisdə keçirilən final görüşündə “Real”ı 1:0 hesabı ilə məğlub etmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: