Rayonlarda torpaqların təyinatı üzrə müzakirələr aparılıb

117

NUHÇIXAN xəbər verir ki, Şərur, Kəngərli və Culfa rayonlarında torpaqların təyinatı üzrə istifadəsi və onların mühafizəsi sahəsində görülmüş işlər müzakirə edilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib

Keçirilən müşavirələrdə qeyd olunub ki, rayonlarda kənd təsərrüfatı torpaqlarında qanunsuz yaşayış evləri və ya digər obyektlərin tikintisi, torpaqların təyinatının qanunsuz dəyişdirilməsi, dövlət torpaqlarının zəbt olunması kimi hallara rast gəlinir. Belə qanunsuz hərəkətlər nəticəsində rayonlarda kənd təsərrüfatı təyinatlı torpaqların sahəsi azalır, torpağın məqsədli istifadəsinə maneələr ortaya çıxır, qanunsuz tikinti aparılır.

Rayonların prokurorları bildirib ki, torpaq sahələrində qanunsuz tikinti aparılması qanunvericiliklə qadağan olunur və rayonun bütün qəsəbə və kəndlərində bu sahədə ardıcıl tədbirlər görülür. Torpaqlardan qanunsuz istifadənin qarşısını almaq üçün inzibati tədbirlərlə yanaşı, icra nümayəndələri, polis sahə müvəkkilləri və bələdiyyələr vətəndaşlar arasında geniş maarifləndirmə və izahat işləri aparmalıdırlar.

Keçirilən müşavirələrdə qarşıda duran vəzifələr, torpaqların təyinatı üzrə istifadəsi və mühafizəsi sahəsində görüləcək işlərin səmərəliliyinin yüksəldilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: