Rayonlarda maarifləndirici tədbir keçirilib

393

NUHÇIXAN xəbər verir ki, Babək, Ordubad və Culfa rayonlarında təbii qaz, elektrik enerjisi və suya  nəzarət edən şəxslərin  iştirakı ilə keçirilən tədbirdə bildirilib ki, muxtar respublikamızda cari ilin 9 ayı ərzində elektrik enerjisindən və təbii qazdan qanunsuz istifadə edən 132 vətəndaş barəsində qanunamüvafiq tədbirlər görülüb. Ümumilikdə, 44 min 865 manat məbləğində cərimə tətbiq edilərək büdcəyə ödənilib. Qeyd olunub ki, həmin vətəndaşlardan 47-si Babək, 17-si Culfa və 6-sı Ordubad rayonlarında aşkar edilib.

Tədbirdə qeyd edilib ki, hər bir vətəndaş elektrik enerjisindən, təbii qazdan və sudan  səmərəli istifadə etməli, israfçılığa, qanunsuz istifadə hallarına yol verməməlidir. Diqqətə çatdırılıb ki, “Naxçıvanqaz” İstehsalat Birliyi istehlakçıların fasiləsiz və təhlükəsiz təbii qazla təmin edilməsi məqsədilə bu ilin 9 ayı ərzində qarşıda duran vəzifələri uğurla yerinə yetirib. Həmçinin muxtar respublikada korroziyaya uğrayan qaz kəmərlərinin yeniləri ilə dəyişdirilməsi və qaz sızmalarının aradan qaldırılması təmin edilib.

Bu cür maarifləndirici tədbirlərin digər rayonlarda da keçirilməsi nəzərdə tutulub.

Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: