Ramazandan sonra necə qidalanmalı?

184

 

11 ayın sultanı olan Ramazanı yola saldıq. Ramazandan sonra əvvəlki yemək vərdişinə sürətlə dönmək insan orqanizmində müəyyən problemlərə yol aça bilər.

 NUHÇIXAN oxucularına orucluqdan sonra düzgün və sağlam qidalanma barədə məlumatı çatdırır.

Mütəxəssislər bir ay boyunca gündüz saatlarında aclığa alışan bədənin normal yemə nizamına alışması üçün ən az 9 gün lazım olduğunu qeyd edirlər. Bu müddət ərzində naharların yüngül, günorta yeməklərinin isə az yağlı, daha çox sulu yeməklərdən hazırlanması vacibdir. Mədəni yoran, ağır həzm edilən qidalardan çəkinmək məsləhətdir. Maye qəbuluna da fikir vermək lazımdır. Gün ərzində 2-2,5 litr su içilməlidir. İnsan orqanizminin Ramazandan sonra tam normal vəziyyətə düşməsi üçün 3 həftə vaxt lazımdır. Bu vaxt ərzində qida qəbuluna ciddi fikir vermək lazımdır. Ən çox süd, qatıq, pendir, ət, balıq, toyuq, paxlalı bitkilər və meyvə-tərəvəz qrupundan olan qidalar istehlak edilməlidir.
Xəmir xörəkləri, qızartmalı yeməklər və şirniyyatların qəbuluna ciddi fikir vermək lazımdır.

Ramazandan sonrakı günlərdə idmanla məşğul olmaq- bədən hərəkətləri etmək, yürüşə çıxmaq orqanizmi əvvəlki vəziyyətinə gətirməyə kömək edir, həzm prosesini yaxşılaşdırar, kökəlmə riskini aşağı salır. Mütəxəssislərin fikrincə, gün ərzində 40-50 dəqiqə idmanla məşğul olmaq yaxşı əhval-ruhiyyədə olmağı təmin edər, həm də sağlam vücuda sahib olmağınızda yardımçı olar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: