Raket və artilleriya birləşmələri praktiki atışlar icra edib
Qoşunların 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, raket və artilleriya birləşmələri 122 millimetrlik yaylım atəşli reaktiv sistemləri və 152 millimetrlik toplardan döyüş atışlı məşqlər ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, təlim məşqlərində praktiki döyüş atışlarının yüksək dəqiqliyini və intensivliyini təmin etmək məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən istifadə olunub.
Müəyyənləşdirilmiş şərti düşmən hədəflərini məhv edən şəxsi heyətin hazırlığı, ustalığı və bacarığı komandanlıq tərəfindən yüksək qiymətləndirilib.