Rafael Ağayev karyerasında ilk dəfə bürünc medala sahib olub

139

Madriddə keçirilən böyüklər arasında karate üzrə 24-cü dünya çempionatının beşinci günündə – noyabrın 10-da milli komandamızın üzvü Rafael Ağayev karyerasında ilk dəfə bürünc medala sahib olub.

NUHÇIXAN xəbər verir ki, idmançımız üçüncü yer uğrunda görüşdə özbəkistanlı Dastonbek Otobolaevi 2:1 hesabı ilə məğlub edib. Bu, Rafael Ağayevin karyerasında ilk bürünc medalı olub.

Xatırladaq ki, bu gün millimizin iki üzvü final yarışında gücünü sınayacaq. Böyüklərin yarışında İrina Zaretska (68 kq) finalda rusiyalı Viktoriya İsaeva ilə qarşılaşacaq.

Sahib Əhədov isə parakarateçilərin yarışında İspaniya təmsilçisi ilə üz-üzə gələcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: