Radon qazı evlərdə onkoloji xəstəliklərin əmələ gəlməsinə zəmin yaradır

447

Evdə radon qazının olması çox böyük təhlükədir. Bəzən evlərin geopotogen yerlərdə, yəni radioaktiv tullantıların saxlandığı sahələrdə, torpağın sürüşmə bölgələrində, neft buruqları yaxınlıqlarında və s. inşa edilməsinə rast gəlinir.

Belə hallarda radiumun parçalanması nəticəsində radon qazı evlərə daxil olaraq onkoloji xəstəliklərin əmələ gəlməsinə zəmin yaradır. Ekoloji təhlükəsizliyin təşkil edilməsi inşa edilən binaların hansı şirkətlər tərəfindən və harada tikilməsindən çox asılıdır. İnşaat şirkətlərinin ekoloji sertifikatları olmalı, istifadə edilən inşaat materialları isə ekoloji tələblərə cavab verməlidir. Binaların inşasında, o cümlədən evlərdə istilik izolyasiyalarında penoplastdan və asbestdən istifadə etmək olmaz. Bunların əvəzində şüşə liflərdən istifadə edilməsi daha məqsədəuyğundur.

NUHÇIXAN xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində kimya elmlər namizədi Abuəli Hüseynli deyib.

“Ümumiyyətlə müasir evlər arasında ekoloji cəhətdən təmiz olanı kərpiclə inşa edilən evlərdir. Beton evlərin hava buraxması praktiki olaraq mümkün deyil. Əgər beton evlərə zərərli maddələri-sintetik materiallardan hazırlanmış plastik qapı və pəncərələri, sintetik xalıları əlavə etsək, evin havası barədə təsəvvür yaratmaq çətin deyil. Bildiyimiz kimi sintetik materiallar allergiyaya səbəb olur. Yaşamaq üçün ən təhlükəsiz evlər isə şəhər ətrafında inşa edilən şəxsi evlər hesab olunurlar. Buna səbəb kimi həmin yerlərdə havanın təmiz olması göstərilir”, – deyə A.Hüseynli qeyd edib.

Mütəxəssis asbestin ağ ciyər xəstəliklərinə səbəb olduğunu və hazırda Avropa ölkələrində ondan istifadə edilən binaların söküldüyünü də diqqətə çatdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: