Rabitə və Yeni Texnologiyalar Nazirliyində müşavirə keçirilib

436

Avqustun 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində  2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Rabitə və Yeni Texnologiyalar Nazirliyinə də müvafiq tapşırıqlar verilib.

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyində keçirilən müşavirədə görülən işlər və  qarşıda duran vəzifələrdən ətraflı bəhs olunub. Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar naziri Rövşən Məmmədov çıxış edərək bildirib ki, hazırda əsas diqqət qış aylarında poçt və rabitə xidmətlərinin fasiləsiz göstərilməsi üçün mal-material ehtiyatlarının yaradılmasına və mövsümə hərtərəfli hazırlıq işlərinə  yönəldilib. Belə ki, nazirliyin anbarında 140,8 km fiziki, 106,6 km fiberoptik  kabellər var. Bundan əlavə anbarda qəza halları üçün müxtəlif diametrli kabellərdən ehtiyat saxlanılır. Avadanlıqların qorunması məqsədilə bütün mümkün imkanlardan istifadə olunur.

Nazirliyin tabeliyində yaradılan təsərrüfathesablı texniki xidmət mərkəzi tərəfindən tam orta məktəblərdə təmirə ehtiyacı olan kompüterlər və digər elektron avadanlıqlar sentyabr ayının 10-dək yeni tədris ili üçün hazır vəziyyətə gətiriləcək.

Müşavirədə çıxış edənlər təmsil etdikləri  sahələrdə payız-qış mövsümünə hazırlıqla əlaqədar həyata keçirilən  tədbirlərdən danışıblar.

                                                     Məhəmməd Fərəcov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: