Rəngli tərəvəzlərin faydası

160

Elm adamları uzun tədqiqatlardan sonra insanı ən təhlükəli xəstəliklərdən qorumağa qadir olan qidaların siyahısını müəyyən ediblər.

NUHÇIXAN Rusiyanın ecodiet.ru saytına istinadla həmin qidaların siyahısını açıqlayır.

Xərçəng əleyhinə xüsusiyyətlərə malik olan sarımsaq güclü immunitet dəstəkləyicisidir. Sarımsaq təbii antiseptik vasitədir, mikrob və virus əleyhinə təsirə malikdir. Əsl təbii antibiotik olan sarımsağı həftədə 2-3 ədəd çiy halda yemək məsləhətdir.

Nar, gilas və çiyələk kimi qırmızı meyvələrin tərkibindəki maddələr bədəndə xərçəng hüceyrələrinin artmasına mane olur. Hər gün qırmızı rəngdə olan meyvə yemək orqanizmi möhkəmləndirir və xəstəliklərdən qoruyur.

Pomidor, qreypfrut, qarpız, itburnu, turp və digər qırmızı rəngli qidaların tərkibindəki likopen xərçəngin bir çox növlərindən qoruyucu funksiyanı yerinə yetirir. Müəyyən edilib ki, likopen prostat vəzin xərçəngi, həzm sistemi, döş və dəri xərçəngi xəstəliklərinə yaxalanmaq riskini 30-40 faiz azaltmağa qadirdir. Xüsusilə pomidorun tərkibindəki likopen sağlamlıq üçün çox faydalıdır.

Adətən tərəvəzlər bişirkən onların qida dəyəri azalır. Maraqlıdır ki, bu, pomidora şamil edilmir, çünki onu bişirdikcə tərkibindəki likopen orqanizm tərəfindən daha çox mənimsənilir. Belə ki, çiy pomidora nisbətən onun suyu, bişmiş vəziyyəti, ketçup və tomatda iki-üç dəfə çox vitamin olur. Ona görə də pomidoru 5-6 dəqiqə bişirdikdən sonra yemək tövsiyə olunur.

Antioksidant tərkibli tərəvəzlər immuniteti gücləndirir.

Brokkolinin tərkibindəki qlutamin maddəsi xüsusən mədə xərçənginə qarşı ən yaxşı qoruyucu vasitələrdən biridir.

Yaşıl və qara çayın içərisində olan bəzi maddələr isə bir sıra xəstəliklərin inkişafının qarşısını alır. B vitamini və beta-karotinlə zəngin olan yeralması da xəstəliklərə qarşı qoruyucu təsirə malikdir. Qırmızı bibər və zəncəfil də xəstəlikdən qoruyan qidalar sırasına daxildir.

Araşdırmalardan portağal və limon suyunun orqanizm üçün ən faydalı təbii şirə olduğu müəyyən edilib. Həmin içkilər orqanizmdə daş yaranmasının qarşısını almağa kömək edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: