Qurban Qurbanov: Heyətin formalaşdırılması üçün daim axtarışdayıq

110

Millətlər Liqası turnirindən öncə son toplanışımızdır. Heyətin formalaşdırılması üçün daim axtarışdayıq. Bu toplanışda futbolçuların getdikcə daha istəkli olduğunu hiss etdim.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Qırğızıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.

Qurban Qurbanov bildirib ki, təkcə millidə yox, “Qarabağ”la hazırlıq prosesində olduğumuz zaman da çalışırıq ilk yoxlama oyununu nisbətən zəif komandalara qarşı keçirək. Belə olan təqdirdə, futbolçularımızın meydanda etmək istədiklərinin dəfələrlə təkrarlanmasına imkan olur. Hesab etmirəm ki, Qırğızıstan millisi zəif rəqibdir. Bu müstəvidə bütün rəqiblərə güclü və ya zəif kimi yox, milli komanda prizmasından yanaşmaq lazımdır.

“Millətlər Liqasında eyni qrupda mübarizə aparacağımız rəqiblər haqda məlumatlar toplamağa başlamışıq. Hətta bəzi oyunlarını canlı izləmişik. Bu istiqamətdə işimizi davam etdiririk”, – deyə baş məşqçi əlavə edib.

Qeyd edək ki, Azərbaycan-Qırğızıstan yoldaşlıq oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: