Quran və Tövratda adı çəkilən möcüzəli meyvə. Faydaları

438

Əncirin adi həm Müqəddəs Quran, həm Tövrat, həm də İncildə çəkilir.

Əncir və onun qidalı və müalicəvi xüsusiyyətləri insanlara hələ qədim zamanlardan məlumdur. Əncirin faydalı xüsusiyyətləri olduqca çoxdur.

1. Kaliumla zəngin olan əncir ürək üçün çox faydalıdır.

2. NUHÇIXAN xəbər verir ki, rutin maddəsi sayəsində əncir damarları möhkəmləndirir.

3. Əncir B qrupu vitaminləri ilə zəngindir. Bu vitaminlər sinir sisteminin normal fəalliyyəti üçün çox vacibdir. Həmçinin B qrupu vitaminləri qanyaratma sisteminin işini tənzimləyir, qanazlığının qarşısını alır, dəri və saçların gözəlliyi üçün vacibdir.

4. Əncir kalium və qidalı liflərlə zəngindir. Bu 2 maddə bağırsaqların fəaliyyətini tənzimləyir, qəbizliyin qarşısını alır.

5. Əncir insan güc və gümrahlıq verir, əhvalı yaxşılaşdırır, stressi azaldır.

6. Əncir təzyiqi aşağı salmağa kömək edir.

7. Tərkibində olan benzaldegid maddəsi xərçəng hüceyrələrin çoxalmasını ləngidir.

8. Əncir nəfəs yollarını yaxşı təmizləyir, bəlgəmgətirici təsirə malikdir. Öskürək və bronxit zamanı süddə bişirilmiş əncir ən tanınmış və effektli təbii vasitədir.

Tünd rəngdə olan əncir növləri daha faydalı sayılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: