Qulaqcıqlar sağlamlıq üçün təhlükəlidir

171

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qulaqcıqların sağlamlıq üçün təhlükəli olduğunu elan edib.

NUHÇIXAN xəbər verir ki, ÜST-nin məlumatına görə, qulaqcıqlar yüksək səsli musiqilərə qulaq asan insanların sağlamlığını məhv edir.

İnsanlar özləri hiss etməsə də, müasir şəhərlərdə gündəlik səs-küy əhalinin sağlamlığına mənfi təsir göstərir.

Böyük şəhərlərdə səs çirkliliyinin əsas səbəbi avtomobil yolları, dəmir yolları və yel dəyirmanlarıdır. Bir müddət əvvəl ekspertlər belə qərara gəlib ki, bu siyahıya gecə klublarını və konsert meydanlarını misal göstərmək olar.

Yüksək səslər təkcə gərginlik yaratmır. Onlar ciddi xəstəliklərə, məsələn, ürək-damar xəstəliklərinə də səbəb olur.

Risk qrupuna qulaqcıq sevənlər də daxil olub. ÜST-nin məlumatına görə, 70 desibel səs təhlükəsiz hesab edilir. Ancaq bəzi insanlar sevimli mahnılarına qulaq asan zaman bu göstəricini keçirlər.

Avropa standartlarına uyğun icazə verilən qulaqlıq gücü 100 dB-ə çatır və istifadəçilər musiqi səsini tez-tez “maksimuma” qaldırırlar. Bu da sağlamlıq üçün təhlükəli hesab edilir.

ÜST ekspertləri vətəndaşları sağlamlıqlarına qarşı diqqətli olmağa çağırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: