1. İltihabı sağaldır. Omega 3 və omega 6 kimi doymamış yağlar ilə qoz revmatizm və digər iltihablı xəstəliklərə tutulma riskini əhəmiyyətli dərəcədə azaldır.
2. Ekzema kimi dəri xəstəliklərindən qorunmanı təmin edir. Gündə bir neçə qaşıq qoz yağı qəbul etmək ekzema kimi dəri xəstəliklərinin müalicəsinə kömək edir.
3. NUHÇIXAN xəbər verir ki, qoz qocalmanın təsirlərini azaldır. Antioksidant tərkibli qoz və qoz yağı hüceyrə məhvinə səbəb olan sərbəst radikalları nəzarət altında saxlayır və qocalmanın təsirlərini gecikdirir.
4. Hormon səviyyələrinin normada qalmasına yardımçı olur: Selen, fosfor, maqnezium, sink, dəmir baxımından zəngin olan qoz, həmçinin hormonları tarazlayıcı xüsusiyyəti olan kalsiumu da əhatə edir.
5. Ürək xəstəliklərinə tutulma riskini azaldır. Daşıdığı omega-3 yağ turşusu olan alfa-linol turşusu ilə qan damarlarının sağlamlığına yardımçı olur və ürək xəstəliyi riskini azaldır.
6. Qan dövranını artırır. Yüksək miqdarda omega 3 doymamış yağı daşıdığına görə, damar sərtliyininə mane olur və qan dövranını artırır. Damar elastikliyi yüksək təzyiq və ürək xəstəliklərinin əsas səbəblərindən olduğu üçün gündə 2-3 ədəd qoz və ya bir miqdar qoz yağı qəbul etmək tövsiyə edilir.
7. Dəri sağlamlığına kömək olur: B1, B2, və B6 vitaminləri ilə dəri səthinin daha hamar olmasına və keyfiyyətinin yüksəlməsinə yardımçı olur.