NUHÇIXAN xəbər verir ki, Kəngərli rayon Gənclər və İdman, Statistika İdarələrinin, Təhsil və Mədəniyyət Şöbələrinin kollektivləri Qarabağlar Türbə Kompleksini ziyarət ediblər.
İştirakçılar Kompleksin Xanəgah hissəsində nümayiş etdirilən eksponatlarla yaxından tanış olublar. Eksponatlar haqqında iştirakçılara ətraflı məlumat verilib. Ekspozisiyada sərgilənən mis qablar, daş dəstər, XIX əsrə aid mis məişət əşyaları və XII-XVII əsrdə istifadə olunan qədim mis və gümüş sikkələr, o cümlədən kətan üzərində yağlı boya ilə işlənmiş “Qarabağlar türbəsi” rəsmləri qonaqlar tərəfindən maraqla qarşılanıb.
Cavid Səfərli