Qonaqlar Naxçıvanla tanış olublar

201

NUHÇIXAN xəbər verir ki, Naxçıvanda keçirilən “Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: imtahanlara dövlət və ictimai nəzarətin vəhdəti” adlı konfransın iştirakçıları olan Dövlət İmtahan Mərkəzinin nümayəndələri  Naxçıvan şəhərinin bir sıra yerləri ilə tanış olublar.

Naxçıvan Biznes Mərkəzində qonaqlara məlumat verilib ki, mərkəzdə Naxçıvan Muxtar Respublikasının istehsal müəssisələrinin xəritəsi və məhsulları nümayiş olunur.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında bu gün 372 növdə məhsul istehsal edilir, 344 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir.

Dövlət İmtahan Mərkəzinin Naxçıvandakı Regional Bölməsində qonaqlara bildirilib ki, burada  kollektiv üçün hərtərəfli şərait yaradılıb. Onlar həmçinin 3 nömrəli məktəbdə də olublar.

Hüseyn Cavid məqbərəsi, Duzdağ Fizioterapiya Mərkəzi, Xan Sarayı Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb.

Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: