“Qızıl Buker” mükafatının sahibi məlum olub

187

“Qızıl Buker” mükafatının qalibinin adı açıqlanıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Məlumata görə, “Qızıl Buker” xüsusi mükafatına Kanada yazıçısı Maykl Ondatje layiq görülüb.

Mükafat müəllifə 1992-ci ildə yazdığı “Xəstə ingilis” romanına görə verilib.

Xatırladaq ki, “Qızıl Buker” Buker mükafatının 50 illiyi münasibətilə xüsusi olaraq yaradılıb.

Qeyd edək ki, Buker mükafatı (Man Booker Prize for Fiction) 1968-ci ildə Buker-Makkonnel tərəfindən təsis olunub və iki ildən bir verilib. 2016-cı ildən isə mükafat hər il təqdim olunur. Bu və ya digər dildə yazılan, ingilis dilinə tərcümə edilərək Böyük Britaniyada nəşr etdirilən konkret romana və ya hekayələr toplusuna görə verilən mükafatın məbləği 50 min funt sterlinqdir. Bu məbləğ əsərin müəllifi və tərcüməçisi arasında bölünür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: