Qızdırmanı salmaq üçün hamının məsləhət bildiyi bu üsuldan ƏSLA istifadə etməyin!

590

Yüksək temperaturu aşağı salmaq üçün uşaqları sirkə, aspirinli, buzlu və ya soyuq su ilə yuyundurmaq və ya dəriyə sürtmək çox zərərlidir.

NUHÇIXAN xəbər verir ki, bununla bağlı Türkiyənin Qaradəniz Texniki Universitetinin Tibb fakültəsinin Uşaq sağlamlığı və xəstəlikləri üzrə mütəxəssisi Yaqub Aslan açıqlama verib.

Türkiyəli mütəxəssis yüksələn temperatura həssas yanaşılmasının vacib olduğunu bildirib.

“Xüsusən də, temperatur 38 dərəcəni keçəndə valideynlər diqqətli olmalıdır. Qusma, ishal, ümumi vəziyyəti normal olan, qidalanmasında problem olmayan uşaqlarda 38 dərəcədən yüksək temperaturu endirmək üçün ilıq su kompresi edilə bilər. Ancaq soyuq və ya buzlu su ilə yuyundurmaq, sirkəli su, spirtli içki ilə bədəni silmək zərərlidir. Spirt, sirkə ilə bədəni silmək uşağın temperaturunu aşağı salmaq əvəzinə dərinə sorularaq zəhərlənmələrə səbəb ola bilər. Ən dəhşətlisi isə uşağı soyuq və ya buzlu su ilə kompres etməkdir. Bu üsul temperaturu aşağı salmaz, temperaturun bədənin daxilində qalmasına səbəb ola bilər”.

Y.Aslan həmçinin soyuq və buzlu su ilə kompresin üşüməyə səbəb olacağını, hətta yuxarı tənəffüs yolları xəstəlikləri, qrip, soyuqdəymə yarada biləcəyini diqqətə çatdırıb:

“Uşağın üşüməyəcəyi və ya titrəməyəcəyi qədər isti su ilə onu yuyundurmaq, dəriyə kompres qoymaq daha yaxşı üsuldur. İlk kompres və ya duşla temperatur düşmürsə, həkimə müraciət edilməlidir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: