Qiymətləndirmə vasitələrinin işlənməsinə dair hazırlıq kurslarına qeydiyyat aparılır

143

Yeni təhsil proqramı (kurikulum) əsasında qiymətləndirmə vasitələrinin işlənməsi və onların meyarlar əsasında yoxlanılmasına dair hazırlıq kurslarına qeydiyyat davam edir.

Dövlət İmtahan Mərkəzində (DİM) oktyabrın 17-dən yeni təhsil proqramları (kurikulumlar) əsasında Azərbaycan dili, rus dili, riyaziyyat, kimya, fizika, biologiya, coğrafiya, tarix və ingilis dili fənlərindən buraxılış və qəbul imtahanlarında istifadəsi planlaşdırılan qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kursları (yeni qruplar üçün) fəaliyyətə başlayacaq.

DİM-dən NUHÇIXAN-a bildiriblər ki, hər fənn üzrə kursun müddəti iki aydır. Kurslar Bakıda, DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Bərdə, Göyçay və Şirvan regional bölmələrində təşkil ediləcək. Hazırlıq kurslarında fənn kurikulumlarına dair məlumatı olan müəllimlər, metodistlər və pedaqojiyönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər də iştirak edə bilərlər. Regional bölmələr üzrə hazırlıq kurslarının müddəti və cədvəli qruplar komplektləşdikdən sonra (bir qrupda 10 nəfər) elan ediləcək.

Qeydiyyat oktyabrın 12-si saat 23.59-dək aparılır.

Hazırlıq kurslarında iştirak ödənişlidir və iştirak haqqının məbləği 100 (yüz) manatdır. Kurslarda iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) faydalanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra “hazırlıq kurslarında iştirak etmək üçün elektron qeydiyyat”dan keçmək lazımdır.

Kursu müvəffəqiyyətlə başa vuran iştirakçıların şəxsi məlumatları DİM-in elektron “Məlumat bazası”na daxil edilir, onlara sertifikat verilir. Onlar müqavilə əsasında ekspert və ya marker kimi mərkəzlə əməkdaşlığa cəlb oluna bilərlər.

Qeyd:

– Pedaqojiyönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər üçün hazırlıq kurslarında ilk iştirak ödənişsizdir. Kursda iştirak etmək istəyən şəxs ixtisasına uyğun fəndən qeydiyyatdan keçə bilər. Bir neçə fənn üzrə qeydiyyatdan keçənlərin yalnız müvafiq fənn üzrə qeydiyyatı nəzərə alınacaq.

– Qeydiyyat zamanı anketin təsdiqlənməsi ilə bağlı çətinlik yaranarsa, həmin şəxslər təhsil haqqında sənədi və şəxsiyyəti təsdiqləyən sənədin əslini gətirməklə DİM-in Abdulvahab Salamzadə, 28 ünvanındakı binasının 404-cü otağına müraciət edə bilərlər (telefon nömrəsi: 431-63-86/87/91 (daxili nömrə: 1-32).

Hazırlıq kurslarının qrafiki ilə (2018/2019-cu tədris ili üçün) DİM-in rəsmi internet səhifəsində tanış olmaq mümkündür.

Kurslarının keçirildiyi ünvan: Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28; Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı.

Regional bölmələrin ünvanları və əlaqə vasitələri:

Naxçıvan MR Regional Bölməsi (Naxçıvan şəhəri, Nizami küçəsi, 10); Tel: (036 5) 44 04 02

Gəncə Regional Bölməsi (Gəncə şəhəri, Heydər Əliyev meydanı, İnzibati bina); Tel: (022 25) 6 50 67

Lənkəran Regional Bölməsi (Lənkəran şəhəri, H.Aslanov xiyabanı, 52); Tel: (025 25) 5 24 82

Xaçmaz Regional Bölməsi (Xaçmaz şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi, 7b); Tel: (023 32) 5 01 21

Şəki Regional Bölməsi (Şəki şəhəri, Məmməd Əmin Rəsulzadə prospekti, 182); Tel: (024 24) 4 66 14

Şirvan Regional Bölməsi (Şirvan şəhəri, Rəsulzadə küçəsi, 19); Tel: (021 21) 5 15 23

Göyçay Regional Bölməsi (Göyçay şəhəri, Rauf İsayev küçəsi, 43); Tel: (020 27) 4 66 74

Bərdə Regional Bölməsi (Bərdə şəhəri, Heydər Əliyev prospekti, 100). Tel: (020) 205-01-86.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: